Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadənin Ağdam klubundan ayrılması barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Oxu.Az əldə etdiyi məlumata görə, 28 yaşlı müdafiəçi mövsümlərarası fasilədə "Qəbələ"yə keçə bilər. Amma futbolçunun hazırkı klubunda maaşı yüksək olduğundan bu keçid baş tutmaya da bilər.
Ağdam klubu ilə müqaviləsi 2027-ci ilədək olan Mustafazadə "qırmızı-qaralar"a icarəyə verilə bilər. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla problemi olduğu iddia edilən müdafiəçi 2025/26 mövsümünü yetirməsi olduğu "Qəbələ"də, bəzi məlumatlara görə isə, atasına məxsus olan "İmişli" klubunda keçirə bilər.
Qeyd edək ki, "Qarabağ"ın 12-ci çempionluğu qazandığı "Sabah"la oyundan sonra soyunub-geyinmə otağında bütün futbolçuları təbrik edən Qurbanov Mustafazadəni diqqətdən kənar qoyub.
Anar Həsənov