Azərbaycan klublarının avrokuboklarda həlledici mərhələlərdə tur adlamasına səbəb olan qollarda maraqlı ənənə davam edir.
Oxu.Az xəbər verir ki, son illərdə Azərbaycan təmsilçilərinin avrokuboklarda növbəti mərhələyə yüksəlməsini təmin edən həlledici qollara məhz yerli futbolçular imza atıblar.
Belə ki, "Qarabağ"ın "Ferentsvaroş"la qarşılaşmasında Musa Qurbanlı, "Braqa" ilə dueldə Nəriman Axundzadə, "Ayntraxt"la oyunda isə Bəhlul Mustafazadə həlledici qolların müəllifi olublar.
Bu ənənə bu dəfə də davam edib. Tellur Mütəllimovun vurduğu qol Azərbaycan klubunun növbəti mərhələyə yüksəlməsində həlledici rol oynayıb.
Beləliklə, Azərbaycan klublarının avrokuboklarda mühüm tur keçidlərində yerli futbolçuların həlledici söz deməsi ənənəsi davam edib.