Avropa İttifaqının (Aİ) yüksəkvəzifəli məmurları xarici dövlətlərin dəstəyi ilə mesencerlərdə kiberhücumlara məruz qalıblar.
Oxu.Az bildirir ki, bu barədə "Politico" nəşri əldə etdiyi daxili məlumata istinadən xəbər verir.
"Məmurlar dövlət dəstəkli "məqsədli fişinq"in hədəfinə çevriliblər", - deyə nəşrin məlumatında bildirilir.
Daha sonra nəşr "dövlət dəstəkli fişinq" termini ilə nəyin nəzərdə tutulduğunu açıqlayır. Bu, insanları şübhəli linklərə daxil olmağa və ya zərərli faylları açmağa sövq edən kampaniyaları ifadə edir. Bu kampaniyalar adı açıqlanmayan dövlətlər tərəfindən dəstəklənir. Məqalədə bununla bağlı başqa heç bir təfərrüat açıqlanmır.