İspaniyanın Sevilya şəhərində "Estadio La Cartuja" stadionunda oynanılmış görüş Belçikanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 42-ci dəqiqədə Torqan Azar baxımlı qolla komandasına qələbə qazandırıb.
Roberto Martinesin baş məşqçi olduğu kollektiv 1/4 finalda İtaliya ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 2-də Almaniyanın Münhen şəhərindəki eyniadlı stadionda olacaq.
Son çempion Portuqaliya isə AVRO-2020 ilə vidalaşıb.
23:45
Oyunun 42-ci dəqiqəsində hesab açılıb. Belçika yığmasının futbolçusu Torqan Azar fərqlənib - 1:0.
Komandalar fasiləyə yollanıb.
Belçika son çempion Portuqaliyanı məğlub edərək 1/4 finala yüksəldi - YENİLƏNİB + FOTO/VİDEO
23:04
Belçika və Portuqaliya milliləri arasındakı matç başladı.
22:53
Bu gün İspaniyanın Sevilya şəhərində 1/8 final mərhələsinin ən maraqla gözlənilən iki qarşılaşmasından biri keçiriləcək.
Oxu.Az xəbər verir ki, turnirin əsas favoritlərindən sayılan Belçika milli turnirin bombardiri Kriştianu Ronaldunun kapitanı olduğu Portuqaliya millisi ilə qarşılaşacaq.
Komandalar aşağıdakı taktiki düzülüş və heyətlə meydana çıxacaq.
Belçika (3-4-3): Kurtua, Vertonqen, Vermalen, Alderveyreld, T. Azar, Vitsel, Tilemans, Mönye, E. Azar (kapitan), De Bröyne, Lukaku
Portuqaliya (4-3-3): Ruy Patrisiu, Qereyru, Pepe, Ruben Dias, Dalot, Renatu Sanşiş, Juau Palinya, Juau Moutinyu, Dioqu Jota, Bernardu Silva, Ronaldu (kapitan)
Qeyd edək ki, bu matçın qalibi iyulun 2-də Münxendə İtaliyaya rəqib olacaq.
Səbuhi Musayev
Rəylər