“Meydançanın durumu ilə bağlı hər iki komanda üçün çətin olacaq”.
Oxu.Az xəbər verir ki, bu sözləri Belçika millisinin futbolçusu Yuri Tilemans Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunu öncəsi mətbuat konfransında deyib.
26 yaşlı yarımmüdafiəçi kapitan Kevin De Bruynenin yoxluğunu xüsusi vurğulayıb:
“Hər iki tərəf topla oynamağı sevir. Bu baxımdan çətin mübarizə olacaq. De Bruynenin yoxluğunun bizim üçün çətinliyi var. Buna baxmayaraq, keyfiyyətli oyunçulara sahibik. Ələ düşən imkanlardan yararlanmağa çalışacağıq”.
Qeyd edək ki, sabah “Dalğa Arena”da keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq.
Faiq Tahirov