Madrid “Real”ı La Liqanın 33-cü turu çərçivəsində səfərdə “Osasuna” ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, matç daha çox “Kral klubu”nun hücumçusu Kərim Benzemanın iki penaltidən yararlana bilməməsilə yadda qalıb.
İkinci hissədə Madrid klubu yeddi dəqiqə ərzində iki dəfə 11 metrlik zərbə vurmaq hüququ qazansa da, fransız hücumçu qol şansını əldən verib. 52 və 59-cu dəqiqələrdə Benzemanın zərbələrini qapıçı Serxio Herrera dəf etdi. Fransız hər iki halda topu özündən aşağı sol küncə yönəldib.
Buna baxmayaraq, çempionatın lideri turnir cədvəlində ilk onluğun sonlarında qərarlaşmış rəqibin öhdəsindən gəlib – 3:1.
Madrid “Real”ı La Liqanın 33-cü turu çərçivəsində səfərdə “Osasuna” ilə qarşılaşıb. Oxu.Az xəbər verir ki, matç daha çox “Kral klubu”nun hücumçusu Kərim Benzema...
Qeyd edək ki, bir müddət öncə başa çatan matçda “Real”ın ən yaxın izləyicisi “Atletiko” (Madrid) “Qranada” ilə qolsuz heç-heçə edib və liderdən bir qədər də uzaqlaşıb. Hazırda “Real” 78 xalla birinci, “Atletiko” isə 61 xalla ikinci pillədə yer alır.
Rəylər