"Əl-Hilal" klubu hücumçu Kərim Benzema ilə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib.
Oxu.Az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bununla da 38 yaşlı fransalı hücumçu azad agent statusu alıb.
"'Əl-Hilal' Benzemaya komandanın inkişafına verdiyi töhfəyə, həmçinin meydanda və meydandan kənarda nümayiş etdirdiyi peşəkarlığa, işinə sadiqliyinə və liderlik keyfiyyətlərinə görə minnətdarlığını bildirir.
Klub Kərim Benzemaya 'Əl-Hilal'da keçirdiyi vaxta görə səmimi təşəkkürünü bildirir və karyerasının yeni mərhələsində ona uğurlar arzulayır", - deyə "Əl-Hilal"ın bəyanatında qeyd olunur.