Nepalda baş verən daşqınlar və güclü torpaq sürüşmələri nəticəsində həyatını itirənlərin sayı 951 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə Nepal polisinin məlumatına istinadən Çin Mərkəzi Televiziyası xəbər yayıb.
Nepalda baş vermiş şiddətli daşqınlar nəticəsində həyatını itirənlərin sayı artaraq 919 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı CNN telekanalı yayıb.
Məlumata görə, 4 793 nəfər itkin düşmüş hesab olunur.
Nepalın şimal ərazilərində qeydə alınan güclü daşqınlar nəticəsində 900-dən artıq insan həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə yerli qurumlar rəsmi məlumat yayıblar.
Qeyd olunur ki, indiyə qədər 903 nəfərin meyiti aşkar edilib. Həmçinin 10 461 şəxsin təhlükəsiz əraziyə təxliyə olunduğu vurğulanır.
Hazırda təxminən 4 200 insan, o cümlədən 592 xarici ölkə vətəndaşı itkin düşmüş hesab edilir. Bununla yanaşı, hidroenergetika obyektlərində çalışan ən azı 933 işçinin tunellərdə qapalı vəziyyətdə qaldığı ehtimal olunur.
Xatırladaq ki, Nepal ərazisində şiddətli daşqınlar avqustun 26-da baş verib.