Nepalda baş vermiş dəhşətli daşqınlar nəticəsində həyatını itirənlərin sayı artaraq 1 367 nəfərə çatıb. Eyni zamanda təxminən 5 132 nəfərin itkin düşdüyü bildirilir.
Oxu.Az xəbər verir ki, bu barədə yerli qurumlar rəsmi məlumat yayıblar.
Xatırladaq ki, sözügedən təbii fəlakət avqustun 26-da səhər saatlarında Nepalın şimal bölgəsində qeydə alınıb. Daşqının yaranmasına qar uçqunu səbəb olub. Nəhəng qaya və palçıq kütləsi çay yatağı ilə yüksək sürətlə 70 kilometrdən artıq məsafəyə yayılaraq geniş əraziləri su altında qoyub.
Qaynar xətt:
(055) 224 12 12