Nepalda torpaq sürüşməsi nəticəsində çayın qarşısının kəsilməsindən sonra baş verən güclü daşqının evləri yuyub apardığını əks etdirən görüntülər yayılıb.
Oxu.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, təbii fəlakət paytaxt Katmandudan təxminən 100 kilometr qərbdə baş verib. Torpaq sürüşməsi çayın məcrasını bağlayıb və nəticədə çayın aşağı axınında yerləşən əraziləri su basıb.
İlkin məlumatlara görə, hadisə nəticəsində dörd nəfər itkin düşüb.
Qeyd edək ki, Nepal avqust ayında da güclü daşqınlarla üzləşib. Son məlumatlara görə, həmin təbii fəlakət nəticəsində 1 400-dən çox insan həlak olub, 5 000-dən çox insan isə hələ də itkin düşmüş hesab olunur.