Nepalın şimalındakı Rasuva bölgəsində daşqın nəticəsində həlak olanların sayı 157 nəfərə çatıb.
Oxu.Az bu barədə "Ratopati" media şirkətinə istinadən xəbər verir.
Ən çox meyit Çitvanda aşkarlanıb - 64 nəfər. Dhadinq rayonunda 27, Navalparasidə isə 22 nəfər həlak olub. Daha 41 nəfər xəstəxanalara yerləşdirilib.
Nepal Turizm Nazirliyinin məlumatına görə, 403-ə yaxın turist itkin düşüb. Onların arasında 341 əcnəbi var. Axtarış-xilasetmə əməliyyatına 3,3 min polis əməkdaşı cəlb olunub. 28 polis əməkdaşı itkin düşmüş hesab olunur.
Nepalın şimal bölgələrində baş verən daşqınlar nəticəsində 95 nəfər həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə Nepal polisi məlumat yayıb.
Azı 384 turist itkin düşmüş hesab olunur ki, onların da 291-i əcnəbidir. İtkin düşən əcnəbilər arasında 105 Hindistan vətəndaşı var.
Nepalın şimalında meydana gələn daşqın nəticəsində 30-dan çox insan həyatını itirib.
Oxu.Az-ın məlumatına görə, bu barədə yerli polis orqanlarından bildirilib.
"31 nəfər ölüb, 93 nəfər yaralanıb, daha 93 nəfər isə xilas edilib", - deyə polisin son rəsmi açıqlamasında qeyd edilib.
Qeyd edək ki, avqustun 26-da səhər saatlarında Nepalın şimal ərazilərində sel qeydə alınıb. İlkin ehtimallara əsasən, daşqın dalğası Nepal və Çin sərhədində, Rasuvaqadhi sərhəd-keçid məntəqəsindən təxminən 20 km şimal-şərqdə qar-daş uçqununun sürüşməsi səbəbindən yaranıb.
Hazırda axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Nepal hökuməti ölkənin şimal bölgələrində qəfil baş verən daşqın zonasında olan xarici turist qrupu ilə əlaqə yarada bilmir.
Oxu.Az xəbər verir ki, bu barədə Himalay respublikasının Turizm Şurası məlumat yayıb.
Şuradan bildirilib ki, ilkin siyahıya 291 əcnəbi və 93 Nepal vətəndaşı daxil edilsə də, hazırda onların harada olması və təhlükəsizliyi ilə bağlı məlumatlar dəqiqləşdirilir.
Məlumata görə, axtarılan şəxslər arasında ən azı 105 Hindistan vətəndaşı var.
Eyni zamanda, Nepalda təbii fəlakət səbəbindən "Lanqtanq-Xola" su elektrik stansiyasının (SES) tikintisində çalışan 60 işçi də itkin düşüb.
Bu barədə jurnalistlərə layihənin idarəedici direktoru Bicay Moxan Bhattari açıqlama verib. Onun sözlərinə görə, çay sularının SES-in tikildiyi ərazini basması nəticəsində işçilərlə rabitə itib. "Əlaqənin itdiyi an 60-dan çox şəxs tunelin daxilində betonlama işləri həyata keçirirdi", - deyə o qeyd edib.
Hökumətdən axtarışlara başlanmasını xahiş etdiklərini bildirən Bhattari, sel sularının stansiyanın infrastrukturuna ciddi ziyan vurduğunu və fəlakətin çay səviyyəsindən təxminən 10 metr yüksəklikdə yerləşən tunelə qədər çatdığını vurğulayıb.
Qeyd edək ki, 20 MVt gücündə olan "Lanqtanq-Xola" SES məcrasından çıxan Bhote-Koşi çayının kənarında, Rasuva dairəsində inşa olunur.