Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Benzema Ronaldu ilə yenidən eyni klubda çıxış edə bilər
Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun hücumçusu Kərim Benzema “Ən-Nəsr”lə danışıqlar prosesindədir.
Məlumata görə, Benzema “Əl-İttihad”dan narazıdır və buna görə də başqa kluba keçmək variantlarını nəzərdən keçirir.
Xatırladaq ki, Benzema ilə 2009-2018-ci illərdə “Real Madrid”də birgə çıxış edən hücumçu Kriştianu Ronaldu da hazırda “Ən-Nəsr”in formasını geyinir.
Qeyd edək ki, Benzema ötən yay azad agent kimi “Əl İttihad”a keçib. Bu mövsüm forvard bütün turnirlərdə 24 oyun keçirib, 15 qol vurub və beş məhsuldar ötürmə edib. Futbolçunun Səudiyyə klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir.
Mənbə: championat.com
"Kərim Benzema" teqi üzrə xəbərlər
- Dünyada ən çox maaş alan futbolçu kimdir?
- "Real Madrid"in fransalı ulduzu həmyerlisinin göstəricisini təkrarlayıb
- Kərim Benzema yenidən "Real Madrid"ə qayıda bilər
- Benzema bu mövsümün sonunda karyerasını bitirə bilər
- "Atalanta" ilə görüşdə fərqlənən Kilian Mbappe adını Çempionlar Liqasının tarixinə yazdırıb