Türkiyənin "Beşiktaş" klubu UEFA Avropa Liqasının ümumi mərhələsinə vəsiqə qazanıb.
Oxu.Az xəbər verir ki, İstanbul təmsilçisi pley-off mərhələsinin cavab oyununda Litvanın "Kauno Jalqiris" klubuna səfərdə 0:1 hesabı ilə məğlub olub.
Lakin "Beşiktaş" ilk görüşdə 3:0 hesablı qələbə qazandığından iki oyunun nəticəsinə əsasən 3:1 hesabı ilə üstün olub və turnirin ümumi mərhələsinə yüksəlib.
Beləliklə, "Beşiktaş" mübarizəni Avropa Liqasında davam etdirəcək. "Kauno Jalqiris" isə UEFA Konfrans Liqasının ümumi mərhələsində çıxış edəcək.
Qaynar xətt:
(055) 224 12 12