Türkiyə Super Liqasında VI tur davam edir.
Oxu.Az xəbər verir ki, “Beşiktaş” öz meydanında “Başakşehir”lə qarşılaşıb.
Yeni mövsümdə bu matça qədər məğlubiyyəti olmayan üç komandadan ikisinin duelində qonaqlar qalib gəliblər.
Əmrə Belözoğlunun komandası 71-ci dəqiqədə Traorenin vurduğu qolla 3 xalı qazanan tərəf olub.
“Beşiktaş”ın baş məşqçisi Valerien İsmael isə 88-ci dəqiqədə ardıcıl iki sarı vərəqə alaraq meydandan qovulub.
Bununla da ilk məğlubiyyətini alan “qara qartallar” 13 xalla üçüncü pillədə qərarlaşıb. Eyni xalı olan, lakin bir oyun az keçirən “Başakşehir” isə ikinci yerdədir.