UEFA Çempionlar Liqasında qrup mərhələsinin VI turunun oyunları keçirilir.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, “Beşiktaş” səfərdə “Dinamo Kiyev”lə üz-üzə gəlib.
Oyunda “Dinamo Kiyev” tam üstün olub və 6:0 hesabı ilə qalib gəlib.
Qollar: Artyom Biesidin (6), Andriy Yarmolenko (31), Vitaliy Buyalskiy (33), Derlis Gonzalez (45), Serqey Sidorçuk (60), Junior Morayes (77).
Beləliklə, qrupda 3-cü yer tutan “Beşiktaş” UEFA Avropa Liqasının pley-off mərhələsinə keçib.
A.M.