“Beşiktaş” Dele Allinin transferinə dair “Everton”la razılığa gəlib.
Bu barədə jurnalist Fabrisio Romano bildirib.
Məlumata görə, klub tərəfindən fitbolçunun keçidilə bağlı artıq heç bir problem yoxdur. İndi hər şey Allinin özündən asılıdır. Bildirilir ki, o, tezliklə transferinə dair qərar verəcək.
Qeyd olunur ki, “Beşiktaş” oyunçunun keçidini ən qısa zamanda bitirməyi hədəfləyir.