"Beşiktaş" klubunun gənc qapıçısı Ersin Destanoğlu mövsüm sonunda klubdan ayrılmaq istəyir.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, 24 yaşlı qolkiper Avropada çıxış etmək istədiyindən "Beşiktaş"la yolları ayıracaq.
Ersin Destanoğlu bu mövsüm "ağ-qaralar"la cəmi altı oyunda meydana çıxıb.
Qeyd edək ki, qolkiperin meneceri İngiltərə klubları ilə danışıqlara başlayıb.