“Beşiktaş” klubunun baş məşqçisi Sərgən Yalçın Super Liqanın 27-ci turu çərçivəsində “Antalyaspor”a qarşı keçiriləcək oyunda qapını 19 yaşlı gənc qapıçı Ərsin Dastanoğluna tapşıracaq.
“NTV Spor” xəbər verir ki, 190 santimetr boya sahib olan gənc futbolçu almaniyalı qapıçı Loris Kariusun klubu tərk etməsindən sonra “Beşiktaş”ın əsas qapıçısıdır.
Ərsin Dastanoğlu “Beşiktaş” klubunun yetirməsidir.