Rumıniyanın paytaxtı Buxarestdə keçirilən sambo üzrə dünya çempionatında ikinci günə start verilib.
Oxu.Az xəbər verir ki, Abdulla Abdullayev (74 kq) ilk görüşündə almaniyalı Yanik Ventseli 8:0 məğlub edib.
Döyüş sambosunda isə Bəxtiyar Abbasov (82 kq) 1/8 finalda Ermənistan idmançısı Davit Petrosyanla qarşılaşıb. O, tatamiyə bir dəqiqədən gec gəldiyi üçün görüşə 0:3 hesabı ilə geridə başlayıb. Lakin tanınmış idmançımız ardıcıl rəqibindən 11 xal alıb və görüşün bitməsinə 3 dəqiqə 42 saniyə qalmış vaxtından erkən qələbə qazanıb – 11:3.
Bəxtiyar Abbasov erməni ilə döyüşə gec gəlib, tez qalib gəldi - VİDEO
Qeyd edək ki, dünən gümüş medal qazanmış Emil Həsənov (68 kq) erməni Rafik Manukyanı məğlub etmişdi.
Səbuhi MUSAYEV
www.oxu.az