Azərbaycanlı döyüşçü Bəxtiyar Abbasovun baş məşqçisi, onun qardaşı Şəhriyar Abbasov MMA İttifaqına oktyabrın 23-də Fight Nights Petersburg turnirində baş tutan Bəxtiyar və rusiyalı Qamzat Xiramaqomedov arasında döyüşün nəticəsinin ləğv edilməsi üçün rəsmi etiraz ünvanlayıb.
“Bu qələbənin təsadüf olması göz qabağındadır, hamı üçün, hətta Xirmaqomedovun özü üçün də bu gözlənilməzdir. Bəxtiyarın ciddi rəqib olduğunu bilən Xirmaqomedov hər şeyə, hətta qadağan edilmiş zərbələrə belə hazır idi. Qamzatova görə bu, MMA-da irəliləmək üçün yeganə şans idi, axı o, sıfır reytinqli yenicə başlayan döyüşçüdür. Yenilərin bəxtinin gətirməyi isə hamıya məlumdur.
Hakimlərin Xirmaqomedov tərəfindən aparılan döyüşdə kobud qayda pozuntularını necə görmədikləri aydın deyil. Amma həm Xirmaqomedovun, həm də keçən turnirin hakimlərinin hamısının MMA İttifaqının nümayəndələri olması bizi hakimlərin səhlənkarlığı və qərəzli münasibəti barədə fikrə yönəldir.
Biz bu döyüşün revanşını əldə etməyə səy göstərəcəyik. Abbasovun və Xirmaqomedovun təkrar döyüşü qaçınılmazdır. Yaranan vəziyyət intriqanı artırdı və Abbasovun milyonlarla fanatı döyüşçünün Xirmaqomedov ilə təkrar döyüşünü gözləyir. Son döyüş və son döyüşdə necə davrandığın hamının yadında qalacaq. Son döyüş isə Bəxtiyar Abbasovun olacaq!”.
Xatırladaq ki, Sankt-Peterburqdakı döyüş 1-ci raundda nokaut ilə sona çatmışdı. Döyüşün videosunu sizə təqdim edirik:

F.H.
www.oxu.az