Uels millisinin kapitanı Qaret Beyl Danimarka ilə qarşılaşma barədə fikirlərini açıqlayıb.
Bu barədə Sports.ru yazıb.
“Oyun bizim istədiyimiz kimi getmədi. Bizim fikrimizcə oyuna çox yaxşı başladıq. Lakin sonradan hər şey dəyişdi. İkinci hissədə daha yaxşı oynamağa çalışdıq, ancaq yenə qol buraxdıq. Oyunun nəticəsi bizi çox üzdü. Uşaqlar qəzəblidir və bu da başa düşüləndir. Turniri başqa cür başa vurmağı üstün tutardım”, - deyə Q.Beyl bildirib.
Qeyd edək ki, Uels millisi Avro-2020-nin 1/8 final mərhələsinin ilk qarşılaşmasında Danimarkaya 0:4 hesabı ilə məğlub olub.