“Azərbaycanda boks üçün əlverişli şərait var. Biz burada böyük beynəlxalq turnir keçirə bilərik”.
Oxu.Az-ın xəbərinə görə, bunu Bakıda səfərdə olan Beynəlxalq Boks Assosiasiyasının prezidenti Umar Kremlyov deyib.
Bu gün Boks Mərkəzinə baş çəkən rusiyalı mütəxəssis idmançılarımızı sevindirən xəbərlər verib:
“Dünya çempionatını Bakıda keçirə bilərik. Həmçinin WSB-nin yarışlarını bərpa edəcəyik. Qeyd edim ki, Bakıda “Qızıl Əlcək” turnirini də keçirə bilərik. Hazırda bu məsələlər müzakirə mərhələsindədir”.
Səbuhi Musayev