Dekabrın 13-də Azərbaycan Respublikası Atçılıq Federasiyası kuboku uğrunda atçılığın konkur növü üzrə CSI2* kateqoriyalı beynəlxalq turnir keçiriləcək.
Oxu.Az Azerisport.az-a istinadən xəbər verir ki, Binə Atçılıq Mərkəzinin açıq manejində keçiriləcək yarışda Azərbaycan, Gürcüstan, İran və digər ölkələrdən 25-ə yaxın idmançı 45 atla mübarizə aparacaq.
Yarışı Türkiyə, Bolqarıstan, Rusiya və İrandan dəvət olunmuş hakimlər briqadası idarə edəcək. Turnirin mükafat fondu 50 min ABŞ dollarıdır.
Yarış dekabrın 15-də başa çatacaq.