Xəbər verdiyimiz kimi model Oksana Rzayeva Latviyanın paytaxtı Riqada “Miss Top of the World-2013” beynəlxalq model müsabiqəsində ölkəmizi təmsil edəcək.
Oxu.Az Axşam.az saytına istinadən xəbər verir ki, bununla bağlı hazırda adıçəkilən şəhərdə olan model çimərlik geyimində fotosessiya etdirib.
Qeyd edək ki, müsabiqədə dünyanın 18 ölkəsindən qızlar iştirak edir. Final dekabrın 7-də baş tutacaq.
22 yaşlı modelimizin yeni fotolarını təqdim edirik.