Dənizkənarı bulvar ərazisi addım-addım yoxlanılıb. Orada hər cür istirahət şəraiti yaradılıb və radiasiya fonu yüksək ola bilməz. Tam şəkildə Bakıya xas olan 5-6 rentgen saat tərtibində radiasiya fonu var ki, bu da normadan 2-3 dəfə aşağıdır.
Oxu.Az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında AMEA-nın müxbir üzvü, Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov deyib.
“Ümumiyyətlə, yalnız Abşeron yarımadasında neft-qaz çıxarılan yerlədə lokal çirklənmələr var ki, bu da mütəmadi olaraq ölçülür və yarandıqca aradan qaldırılır. Həmin sahə üzrə xüsusi qurum olan “İzatop” müəssisəsi var ki, onlar həmin yeri, ya təmizləyir”, – deyə Adil Qəribov qeyd edib.