Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Blatter vəzifəsindən istefa verir
FİFA prezidenti Yozef Blatter vəzifəsindən getdiyini bəyan edib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, Yozef Blatter bu barədə Sürixdə keçirilən mətbuat konfransında bildirib.
“Mən FİFA-nı çox qiymətləndirirəm, və futbolun inkişafı üçün əlimdən gələni edirəm. Mən seçkilərdə qalib gəldim, lakin mənim ünvanıma çağırışlar bitmədi”.
FİFA prezidenti öz varisinin adını açqlamaq üçün təşkilatın icraedici komitəsindən növbədənkənar iclas keçirilməsini xahiş edib.
Növbədənkənar iclas 2015-ci ilin dekabrından 2016-cı ilin mart ayına qədər olan müddətdə keçiriləcək.
Blatter öz vəzifələrini növbəti fövqəladə konqressinə qədər yerinə yetirəcək.
Qeyd edək ki, mayın 29-da Blatter 5-ci dəfə FİFA-nın prezidenti seçilib. O 1998-ci ildən etibarən təşkilata rəhbərlik edir.
www.oxu.az
Rəylər