Azərbaycan boksçusu Abbasqulu Şadlinski Portuqaliyada keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
75 kiloqram çəkidə mübarizə aparan milli üzvü Braqa şəhərində təşkil edilən turnirdə fərqlənib.
A.Şadlinski yarımfinalda Françisko Silvanı (Portuqaliya) mübarizədən kənarlaşdırıb.
O, finalda bəhreynli Hassan Camşirlə döyüşüb və qələbə qazanıb.