Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Boksçumuz Olimpiadanın yarımfinalına yüksəldi: Daha bir medal komandamızın aktivində - FOTO
Bu gün Tokio-2020 Yay Olimpiya Oyunlarında rinqə çıxan boksçumuz Alfonso Dominqes 1/4 final görüşündə türkiyəli rəqibi Bayram Malkanla görüşüb.
Oxu.Az xəbər verir ki, qarşılaşma boksçumuzun üstünlüyü ilə keçib.
Rəqibinə 5:0 hesabı ilə qalib gələn A. Dominqes yarımfinala yüksəlib.
Qaydalara əsasən, yarımfinala vəsiqə boksçuya ən azı bürünc medal təminatı verir.
Ən çox oxunanlar