Çətin günlər yaşayan Fransanın köklü komandası "Bordo" üçüncü liqaya endirilib.
Oxu.Az Beinsports.com.tr-yə istinadla xəbər verir ki, 2021-2022-ci il mövsümündə Fransa 1-ci Liqasında yer alan və mövsümün sonunda aşağı liqaya düşən "Bordo" maliyyə baxımından problemli dövr yaşayır.
Ötən mövsüm Liqa 2-ni 50 xalla 12-ci pillədə başa vuran "Bordo" Liqa 1-ə qayıda bilməyib və borclarına görə Liqa 2-dən Milli Liqaya (3-cü Liqa) düşüb.
"Bordo" klubunun rəsmiləri Maliyyə Nəzarəti İdarəsinin verdiyi cəzanın qəbul edildiyini açıqlayıblar. Fransanın önəmli komandalarından olan "Bordo" sonuncu dəfə 2008-2009 mövsümündə Liqa 1-də xoşbəxt sona çataraq 6-cı çempionluğunu qazanıb.
Qeyd edək ki, "Bordo" klubu, həmçinin dörd Fransa Kuboku, üç Fransa Liqa Kuboku və iki Fransa Super Kubokuna sahibdir.