Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İlham Əliyev Vyetnam prezidentinə başsağlığı verdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti To Lama başsağlığı məktubu ünvanlayıb.
President.az xəbər verir ki, məktubda deyilir:
"Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, görkəmli dövlət xadimi Nquyen Fu Çonqun vəfatı xəbəri bizi olduqca kədərləndirdi.
Nquyen Fu Çonqun Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq əlaqələrinin xoş ənənələrinin möhkəmlənməsində böyük xidmətləri olmuşdur. Biz dövlətlərarası münasibətlərimizin inkişafına Nquyen Fu Çonqun verdiyi töhfəni yüksək qiymətləndiririk.
Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün Vyetnam xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezidentin iqlim məsələləri üzrə nümayəndəsinin hüquqi statusu müəyyənləşib
- İlham Əliyev və Viktor Orban mətbuata bəyanatlarla çıxış ediblər
- Budapeştdə İlham Əliyevin Viktor Orban ilə geniş tərkibdə görüşü olub
- Viktor Orban: "Macarıstanın üzləşdiyi istənilən çətinlik zamanı İlham Əliyev həmişə yanımızda olub"
- Azərbaycan Prezidenti: "Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir"