Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bosniyada basketbol klubu kirayə qiymətlərinə görə oyunçusunu həbsxanaya yerləşdirdi
Bosniyanın Foça şəhərinin "Sutjeska" basketbol klubu kirayə qiymətlərinin yüksək olması səbəbindən oyunçusunu həbsxanaya yerləşdirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Basket News" məlumat yayıb.
İdmançının adı açıqlanmayıb. Bildirilib ki, klub şəhərdə uyğun mənzil tapa bilmədiyi üçün əvvəlcə üç basketbolçunu həbsxanaya salmaq istəyib. Klub nümayəndələri onlara yaşayış icazəsi almaq üçün Foça həbsxanasının rəhbəri ilə əlaqə saxlayıblar.
"Şəhərimizdə kirayə qiymətlərinin yüksək olduğu bir dövrdə bu dəstək klubun işini xeyli asanlaşdıracaq və onun gələcək inkişafına töhfə verəcək", - bəyanatda deyilir.
"Basketbol" teqi üzrə xəbərlər
- Dünya basketbolunun ən titullu oyunçularından biri vəfat edib
- 39 yaşlı Tatyana Deniskina milli komandadakı karyerasını başa vurub
- Azərbaycan millisinin sabiq çalışdırıcısının komandası İngiltərə Kubokunun qalibi oldu
- Lebron Ceyms NBA-da tarixi nailiyyətə imza atdı
- Fiziki məhdudiyyətli türkiyəli idmançı: "Basketbol mənə maneələri aşmağa kömək olur"