Portuqaliyanın "Braqa" klubunda baş məşqçi Karluş Karvalhal ilə yollar ayrılıb.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib
"Braqa" Portuqaliya çempionatında mövsümü 66 xalla dördüncü sırada bitirib.