Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ordubadda avtomobil yolunda qaya uçqunu baş verib
Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunun Bist kənd avtomobil yolunda qaya uçqunu baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, qaya uçqunu nəticəsində iri qaya parçaları yolun hərəkət hissəsinə tökülüb və nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq dayanıb.
Hadisə ilə əlaqədar dərhal əraziyə "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsin əməkdaşları cəlb olunublar.
Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində həmin yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi qısa zamanda təmin edilib.
"Naxçıvan Muxtar Respublikası" teqi üzrə xəbərlər
- Əsgərin 40 dərəcə hərarəti olubmuş - Ölümü ilə bağlı həbs edilən var
- Deputat: "Naxçıvan Konstitusiyasına dəyişikliklər Vətən müharibəsindəki qələbəmizin nəticəsidir"
- Naxçıvan Muxtar Respublikasının Konstitusiyası dəyişir
- Naxçıvan Ağciyər Xəstəlikləri Dispanserinə baş həkim təyin edilib
- Moskva və Qars müqavilələrinin adı Naxçıvan Konstitusiyasından çıxarılır