Dünya çempionatının 1/4 final oyununda mundial sahibləri Braziliya komandası Kolumbiya yığmasına qalib gələrək yarımfinala yüksəldi.
Oxu.Az xəbər verir ki, ilk hissə tamamilə braziliyalıların üstünlüyü ilə keçdi.
Artıq 7-ci dəqiqədə künc zərbəsindən sonra komandanın kapitanı Tiaqo Silva oyunda hesabı açdı.
69-cu dəqiqədə David Luis cərimə zərbəsindən, təxminən 35 metrlik məsafədən gözəl qol vuraraq, hesab arasındakı fərqi ikiyə çatdırdı.
80-ci dəqiqədə çempionatın ən sərrast futbolçusu Xames Rodriqes penaltini dəqiq yerinə yetirərək fərqi minimuma endirdi.
Lakin Kolumbiya yığmasının sonrakı hücumları heç bir nəticə vermədi.
Braziliya millisi yarımfinalda Almaniya ilə qarşılaşacaq.