Türkiyənin “Beşiktaş” klubu Braziliya millisinin sabiq hücumçusu Vaqner Lavın transferini tamamlayıb.
Oxu.Az xəbər verir ki, əsl adı Vaqner Silva de Souza olan 33 yaşlı futbolçu “Beşiktaş”la 2,5 illik, yəni 2019/2020 mövsümünün sonunadək müqavilə bağlayıb.

Qeyd edək ki, daha çox Moskva MOİK-indəki çıxışları ilə tanınmış Vaqner Lav “Beşiktaş”a Türkiyənin digər Super Liqa klubu olan “Alanyaspor”dan gəlib. O, Alanya klubunda 44 oyuna 34 qol vurub.
S.T.
www.oxu.az