Braziliya yığması Amerika Kubokunun qrup mərhələsində növbəti oyununu keçirib.
Beş qat dünya çempionu Kolumbiya millisi ilə qarşılaşıb.
Rio-de-Janeyroda keçirilən oyun braziliyalıların 2:1 hesablı qələbəsi ilə bitib.
Oyunda hesabı 10-cu dəqiqədə qonaqların yarımmüdafiəçisi Luis Dias açıb. Braziliyalılar 78-ci dəqiqədə Roberto Firminyo ilə hesabı bərabərləşdirib.
Sambaçılar əsas vaxta əlavə olunmuş 10-cu dəqiqədə Kazemironun qolu ilə qələbə sevincini yaşayıb.