Braziliyada keçirilən futbol matçı zamanı tutuquşu idmançılardan birinə hücum edib.
Oxu.Az "RT"yə istinadən xəbər verir ki, insident "Flamenqo" və "Seara"nın gənclər komandaları arasında keçirilən Braziliya Kuboku matçında baş verib.
Tutuquşu futbolçuya pəncələri ilə zərbə endirməyə çalışsa da, idmançı vaxtında kənara çəkilə bilib. Görüş "Seara"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qaynar xətt:
(055) 224 12 12