Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Braziliyada Olimpiya obyektləri baxımsızlıqdan dağılır – FOTO
2016-cı il Rio Olimpiadası üçün Braziliya 9,77 milyard dollar xərcləyib. Məhz bu səbəbdən də Olimpiada öncəsi Braziliyada kütləvi etirazlar keçirilmişdir.
Oxu.Az AzNews.az-a istinadən Rio Olimpiadasından sonra baxımsız vəziyyətdə qalan stadionların aqibətini təqdim edir:
Marakana dünyanın ən böyük stadionlarından biridir. Hazırda 1 milyon dollar məbləğində kommunal borcu olan stadion turistlər üçün bağlıdır.
2014-cü ildə dünya çempionatı öncəsi Marakana stadionunda rekonstruksiya işləri aparılıb. Bu işlər Braziliya hakimiyyətinə 400 mln. dollara başa gəlib.
Olimpiada və Paralimpiada oyunlarından sonra stadion bir neçə oyuna ev sahibliyi edib.
Stadionun bu vəziyyətə düşməsində vandalların rolu böyük olub. Onlar stadionun oturacaqlarını yerindən qoparıb, televizorları oğurlayıblar.
Marakanadakı ehtiyat skamyalarının hazırki vəziyyəti
Bir neçə idman obyektinin yerləşdiyi Olimpiya parkının bugünkü vəziyyəti
Yerli sakinlərin marağına səbəb olmayan qolf meydançası hazırda bu vəziyyətdədir
Su oyunları üçün nəzərdə tutulan stadion bu gün
Olimpiada ehtiyacları üçün nəzərdə tutulan məkan hazırda boşdur
Voleybol üçün nəzərdə tutulan stadionda ötən həftə yarış keçirildi. Yarışı izləməyə gələn insanlar stadionun hazırki vəziyyətindən təəccüblənərək bura sərf olunan məbləği dövlət xəzinəsinin israfçılığı adlandırıblar.
İ.N
"Braziliya" teqi üzrə xəbərlər
- Muxtar Babayev: "COP29 sədrliyi işini davam etdirəcək və COP30-a dəstək verəcək"
- Braziliyalı nazir: "Karbon bazarının yaradılması ekoloji bütövlüyün təmini üçün prioritetdir"
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
- DÇ-2026: Braziliya - Uruqvay görüşündə qalib müəyyənləşməyib
Rəylər