Braziliyalı futbolçu Maykon Pereyra de Oliveyra yol qəzasında dünyasını dəyişib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Ukrayna birinci liqa komandalarından “Illichivets Mariupol” komandasında icarə əsasında forma geyən 25 yaşındakı gənc hücumçu müqavilə “Şaxtyor”a məxsus olub. “Şaxtyor Donetsk” klubundan verilən məlumata görə, Maykon Donetsk şəhərində baş verən yol qəzasında faciəli şəkildə həyatını itirib.
Qeyd edək ki, 1988-ci il təvəllüdlü futbolçu Rio-de-Janeyroda dünyaya gəlib. Maykon “Fluminense”, “Atletiko Moqi” və “Flamenqo” formaları geyib. 2012-ci ildə “Şaxtyor”a transfer olan braziliyalı “Zorya Luhansk” və “Illiçivets Mariupol” klublarında icarə əsasında oynayıb. “Şaxtyor Donetsk” oyunçusunun ölümü ilə bağlı yazı paylaşıb:
“O həyatı sevən və həmişə şən bir adam idi. Hüzur içində yat”.