Yanvar ayında Gömrük komitəsi Azərbaycanın büdcəsinə 97 milyon manat vəsait köçürüb.
Bu, gömrük rüsumlarının illik məbləğinin 6,4%-dir.
Oxu.Az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən bildirir ki, yanvar ayı üçün gömrük rüsumlarının məbləği 97 313,22 min manat təşkil edib.
DGK-nın hesabatına əsasən cari ilin yanvar ayı üçün əldə edilən məbləğin 19,6%-i gömrük rüsumlarının, 75,5%-i ƏDV-nin, 3,7%-i aksizlərin və 1,2%-i isə yol vergisinin payına düşür.
Mütləq ölçüdə 19 041,08 min manat gömrük rüsumları, 73 535,33 min manat ƏDV, 3 549,45 min manat aksizlər və 1 187,35 min manat isə yol vergisi təşkil edir.
Ötən ilin dekabr ayı ilə müqayisədə, cari ilin yanvar ayında gömrük rüsumları, bütün müddəalar üzrə 22,5% enib.
2013-cü ilin yanvar ayı ilə müqayisədə cari ilin yanvar ayında rüsumların həcmi 8,7% artıb.