İki Fransa komandasının - "Brest" və PSJ komandalarının qarşılaşdığı Çempionlar Liqasının ilk pley-off oyunu başa çatıb.
Komandalar Fransanın Quinqam şəhərindəki "Stade du Roudourou" stadionunda çıxış ediblər.
Matçda hesab 21-ci dəqiqədə PSJ-nin yarımmüdafiəçisi Vitinyanın penaltidən vurduğu qolla açılıb. 45-ci dəqiqədə Ousmane Dembele qonaqların top fərqini ikiyə çatdırıb. 66-cı dəqiqədə Dembele dubla imza atıb - 0:3.
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində Fransanın "Brest" və PSJ klubları üz-üzə gəlirlər.
Oxu.Az xəbər verir ki, bosniyalı hakim İrfan Peljtonun idarə etdiyi oyun başlayıb.
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində Fransanın "Brest" və PSJ klubları üz-üzə gələcəklər.
Bakı vaxtı ilə 21:45-də start götürəcək oyunu Oxu.Az portalından canlı olaraq izləyə bilərsiniz.