Futbol üzrə Azərbaycan Kubokunda sonuncu finalçı müəyyənləşib.
Oxu.Az xəbər verir ki, bu yarımfinal mərhələsinin "Sabah"la "Neftçi" arasında baş tutan cavab matçından sonra bəlli olub.
"Bank Respublika Arena"da keçirilən qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. "Sabah"ın heyətində 23-cü dəqiqədə Cesse Sekidika fərqlənib. "Neftçi"dən isə Emin Mahmudov 40-cı dəqiqədə rəqib qapısına yol tapıb.
Beləliklə, iki oyunun nəticəsinə görə finala vəsiqə qazanan tərəf "Sabah" (2:1, 1:1) olub. Vasili Berezutskinin rəhbərlik etdiyi komanda mövsümün son matçında "Qarabağ"la üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan Kubokunun final matçı mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
Futbol üzrə Azərbaycan Kubokunda "Araz-Naxçıvan"a qalib gələn "Qarabağ" finala yüksəlib.
Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan yarımfinal mərhələsinin cavab oyununda Ağdam təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.
"Köhlən atlar"ın heyətində Yassin Benzia (65) Nəriman Axundzadə (70) və Toral Bayramov (77-p) fərqləniblər.
Tərəflər arasında ilk matçda Naxçıvan təmsilçisi qələbə qazanmışdı- 1:0.
Futbol üzrə Azərbaycan Kubokunda finalçılar bu gün müəyyənləşəcək.
Oxu.Az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gələcək.
Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 17:00-da start götürəcək. İlk matçda Naxçıvan təmsilçisi qalib gəlib - 1:0.
Digər görüşdə isə "Neftçi" "Sabah"ın qonağı olacaq. Oyun saat 20:00-da başlayacaq. "Ağ-qaralar" daha əvvəl evdə 1:2 hesabı ilə uduzub.
Azərbaycan Kuboku
Yarımfinal, cavab oyunları
23 aprel
17:00. "Qarabağ" - "Araz-Naxçıvan"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əliyar Ağayev.
VAR: Kamal Umudlu.
AVAR: Rauf Cabarov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun - 0:1.
20:00. "Sabah" - "Neftçi"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Tural Qurbanov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
"Bank Respublika Arena"
İlk oyun - 2:1.
Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.