Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bu gün dünya arenalarında keçiriləcək görüşlərin AFİŞASI
Bu gün Avropanın yaşıl meydanlarında bir sıra maraqlı görüşlər keçiriləcək.
Oxu.Az xəbər verir ki, Türkiyə, İspaniya və İtaliya kuboklarında növbəti mərhələyə yüksələn komandalar bəlli olacaq.
Belə ki, Türkiyə Kubokunda "Qaziantep" - "Batman"la saat 21:30-da üz-üzə gələcək.
İspaniya Kubokunda "Kaserenyo" - "Atletiko Madrid"lə saat 22:00-da, "Konkense" isə "Real Sosyedad"la saat 00:00-da qarşılaşacaq.
Gecənin ən maraqlı görüşü isə İtaliya Kubokunda keçiriləcək. "Latsio" doğma meydanda "Napoli"ni qəbul edəcək. Qarşılaşma gecə saat 00:00-da keçiriləcək.
Qeyd edək ki, bu gecə İngiltərə Premyer Liqasında XIV tura iki görüşlə yekun vurulacaq. "Fulhem" - "Brayton"u saat 23:30-da, "Bornmut" isə "Tottenhem"i saat 00:15-də qəbul edəcək.
5 dekabr
Türkiyə Kuboku
21:30 "Qaziantep" - "Batman".
İspaniya Kuboku
22:00 "Kaserenyo" - "Atletiko Madrid";
00:00 "Konkense" - "Real Sosyedad".
İtaliya Kuboku
00:00 "Latsio" - "Napoli".
İngiltərə, Premyer Liqa, XIV tur
23:30 "Fulhem" - "Brayton";
00:15 "Bornmut" - "Tottenhem".
"Atletiko Madrid FK" teqi üzrə xəbərlər
- Avropanın yaşıl meydanlarında keçiriləcək ən maraqlı futbol oyunlarının AFİŞASI
- "Milan" portuqaliyalı hücumçunu transfer etmək istəyir
- "Real Madrid" və "Atletiko Madrid"in ulduzları içki brendinin sahibi oldular
- İspaniya Kuboku: "Atletiko" 4 qolla 1/4 finalda
- Bu gün keçiriləcək futbol oyunlarının AFİŞASI
Rəylər