Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Misli Premyer Liqasında mövsümün son matçı - "Zirə" "Araz-Naxçıvan"ı məğlub etdi
Misli Premyer Liqasında 2024/2025 mövsümünün son matçında "Zirə" "Araz-Naxçıvan"ı məğlub edib.
Oxu.Az xəbər verir ki, "Liv Bona Dea Arena"da baş tuan görüş Rəşad Sadıqovun rəhbərlik etdiyi komandanın 1:0 hesablı qələbəsi ilə nəticələnib.
Matçın yeganə qolunu 58-ci dəqiqədə Junior Martins rəqib qapısından keçirib.
Bu nəticədən sonra xallarının sayını 74-ə yüksəldən "Zirə" mövsümü ikinci pillədə başa vurub. "Araz-Naxçıvan" isə 58 xalla üçüncü olub.
Misli Premyer Liqasında sonuncu - XXXVI tur çərçivəsində "Turan Tovuz" evdə "Kəpəz"lə üz-üzə gəlib.
Oxu.Az xəbər verir ki, Tovuz təmsilçisi bu oyunda 4 cavabsız qolla qalib gəlib.
"Turan Tovuz"un heyətində 10-cu və 23-cü dəqiqələrdə Aleks Souza, 44-cü dəqiqədə isə Ayxan Hüseynov fərqlənə biliblər.
Qarşılaşmanın 42-ci dəqiqəsində "Kəpəz"in futbolçusu Turan Manafov avtoqola imza atıb.
Bu gün Misli Premyer Liqasında mövsümün son oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, "Turan Tovuz" klubu "Kəpəz"lə, "Araz-Naxçıvan" klubu isə "Zirə" ilə üz-üzə gələcək.
Turun əvvəlki oyunlarında "Sumqayıt" səfərdə "Səbail"i (4:1), "Qarabağ" "Şamaxı"nı (1:0), "Sabah" isə "Neftçi"ni (1:0) məğlub edib.
Qeyd edək ki, 2024/25 mövsümünün qalibi "Qarabağ", gümüş mükafatçı "Zirə", bürünc medalın sahibi isə "Araz-Naxçıvan" olub.
25 may
Misli Premyer Liqası
XXXVI tur
Saat 17:00, "Turan Tovuz" - "Kəpəz";
Saat 19:30, "Araz-Naxçıvan" - "Zirə".
"Azərbaycan Premyer Liqası (Misli Premyer Liqası)" teqi üzrə xəbərlər
- Emin Mahmudov mükafatlandırıldı
- "Kəpəz"in yeni baş məşqçisi: "Yer axtarışındayıq"
- Hüseynəli Quliyev: "Səbail"dəki gələcəyimə rəhbərliklə görüşdən sonra aydınlıq gələcək"
- "Qarabağ" və "Neftçi"nin futbolçuları Ermənistan millisinə qarşı oynayıblar
- Doqquz futbolçusu ilə yollarını ayıran "Neftçi"də son vəziyyət