Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, təmsilçimiz “Neftçi” də bu gün meydana çıxacaq.
Böyükağa Hacıyevin komandası səfərdə Gürcüstanın “Çixura” klubu ilə qarşılaşacaq.
İlk oyunda qeydə alınan qolsuz heç-heçə komandaların play-off mərhələsinə adlamaq şansını bərabərləşdirib.
Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Qeyd edək ki, “Neftçi” bir neçə gün öncə dünyasını dəyişən futbol veteranını yad etmək üçün UEFA-ya müraciət ünvanlamışdı. Avropa futbol qurumu da bu məsələyə baxdıqdan sonra “Çixura” – “Neftçi” matçının 1 dəqiqəlik sükutla başlanmasına razılıq verib.
7 avqust
Avropa Liqası, III təsnifat mərhələsinin cavab oyunları
22:00. “Çixura” (Gürcüstan) – “Neftçi” (Azərbaycan) (İlk oyun – 0:0)
Baş hakim: Tamaş Boqnar (Macarıstan).
Tiflis. “Mixail Mesxi” stadionu.