İspaniya La Liqasında 35-ci turun mərkəzi görüşü başa çatıb.
Oxu.Az xəbər verir ki, Kataloniyada "Barselona" ilə "Real Madrid" üz-üzə gəliblər.
Artıq 5-ci dəqiqədə "Real Madrid"in hücumçusu Kilian Mbappe penaltidən fərqlənərək matçda hesabı açıb. 14-cü dəqiqədə Mbappe dubla imza atıb. Bundan sonra meydan sahiblərinin qol şousu başlayıb.
Erik Qarsiya hesabdakı fərqi azaldıb. 32-ci dəqiqədə Lamin Yamal hesabı bərabərləşdirib. 34-cü dəqiqədə hücumçu Rafinya "Barselona"nı hesabda irəli çıxarıb. 45-ci dəqiqədə isə o, matçda ikinci qolunu vurub.
70-ci dəqiqədə Mbappe het-trikini rəsmiləşdirib. Lakin bundan artığına kral klubunun gücü çatmayıb - 4:3.
Beləliklə də, hazırda "Barselona" 82 xalla turnirə başçılıq edir. "Real Madrid" isə ondan 7 xal geri qalaraq ikinci yerdədir.
"Barselona" mövsümün son "El-Klasiko"sunda "Real Madrid"ə qarşı çıxaracağı heyəti açıqlayıb.
Oxu.Az xəbər verir ki, start heyətində hər hansı bir sürpriz qeydə alınmayıb.
Kataloniya təmsilçisinin ilk 11-i:
Şensnı; Kubarsi, Martines, Jerar Martin, Erik Qarsiya; De Yonq, Pedri, Olmo, Rafinya, Yamal; Ferran.
Xatırladaq ki, oyun Bakı vaxtı ilə saat 18:15-də start götürəcək.
"Real Madrid" klubunun mövsümün son "El-Klasiko"sunda "Barselona"ya qarşı çıxaracağı heyət müəyyənləşib.
Oxu.Az xəbər verir ki, türkiyəli gənc ulduz Arda Güler start heyətində yer alıb.
"Kral klubu"nun start heyəti aşağıdakı kimidir:
Kurtua; Vaskes, Asensio, Çuameni, Qarsiya; Sebalyos, Valverde, Bellingem, Güler; Mbappe, Vinisius.
Bu gün İspaniya La Liqasında növbəti "El-Klasiko" baş tutacaq.
Oxu.Az xəbər verir ki, ölkə çempionatının 35-ci turu çərçivəsində əzəli rəqiblər - "Barselona" və "Real Madrid" üz-üzə gələcəklər.
Katalon təmsilçisi hazırda 79 xalla turnir cədvələnin lideridir, madridlilər isə 75 xalla ikinci pillədə qərarlaşıblar.
Oyun Bakı vaxtı ilə saat 18:15-də start götürəcək.
Qeyd edək ki, bu mövsüm La Liqada tərəflər arasında keçirilmiş ilk görüşdə "Barselona" səfərdə "Kral klubu"nu darmadağın edib - 0:4.