Bu gün Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, “Qarabağ” öz meydanında Hollandiyanın “Tvente” klubunu qəbul edəcək.
Xatırladaq ki, komandalar arasında cavab matçı bir həftə sonra Hollandiyada keçiriləcək.
21 avqust
21:00. “Qarabağ” (Azərbaycan) – “Tvente” (Hollandiya)
Hakimlər: Manuel Qrafe, Holger Henşel, Kristian Gittelmann, Quido Vinkmann (Almaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.