UEFA Avropa Liqasının dörddəbir final mərhələsinin ilk oyunları çərçivəsində Norveçin "Budyo Qlimt" komandası evdə İtaliyanın "Lazio" klubunu qəbul edib.
Oxu.Az xəbər verir ki, "Budyo Qlimt" qarşılaşmadan 2:0 hesabı ilə qalib ayrılaraq, gözlənilməz nəticəyə imza atıb.
Komandanın hər iki qolunu Ulrik Saltnes (47 və 69-cu dəqiqələr) vurub.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü aprel ayının 17-də keçiriləcək.
UEFA Avropa Liqasının dörddəbir final mərhələsində Norveçin "Budyo Qlimt" və İtaliyanın "Latsio" klubları qarşılaşırlar.
Oxu.Az xəbər verir ki, "Latsio" Norveçdə "Budyo Qlimt"in qonağıdır.
Bu gün UEFA Avropa Liqasının dörddəbir final mərhələsində Norveçin "Budyo Qlimt" və İtaliyanın "Latsio" klubları üz-üzə gələcəklər.
Bakı vaxtı ilə oyun 20:45-də start götürəcək.