“Yuventus” klubunun 43 yaşlı qapıçısı Canluici Buffon mövsümün sonunda klubdan ayrıla bilər.
Bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.
Mənbə iddia edir ki, C.Buffon məşqçilər heyətinə əla formada olduğunu bildirib və ona oynamaq üçün daha çox oyun vaxtının ayrılmasını istəyib.
Yaxın günlərdə C.Buffonun klubun prezidenti Andrea Anyelli ilə görüşəcəyi və bu görüşdən sonra qapıçının son qərarını açıqlayacağı gözlənilir.
Qeyd edək ki, bir müddət əvvəl qapıçının İtaliyanın “Parma” klubuna transfer olacağı barədə söhbətlər dolaşırdı.
Xatırladaq ki, Canluici Buffon böyük futbolda debütünü 1995-ci ildə məhz “Parma”da gerçəkləşdirib.