AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilir.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu gün 6 günlük milli həyacan başa çatacaq. Son gündə 4 qrupda 9 matç baş tutacaq.
D qrupunda 3 gün əvvəl Polşaya uduzan Almaniya İrlandiyanı qəbul edəcək. Qonşu Gürcüstan Cəbəllütariqi, Polşa Şotlandiyanı sınağa çəkəcək.
E qrupunda bir matç baş tutacaq. Yeganə oyunda İsveçrə San Marinonun qonağı olacaq.
F qrupunda Finlandiya Rumıniyanı, Yunanıstan Şimali İrlandiyanı, Farer adaları Macarıstanı qəbul edəcək.
I qrupunda isə Portuqaliya Danimarkanın, Albaniya Serbiyanın qonağı olacaq.
AVRO-2016
Seçmə mərhələ
14 oktyabr
D qrupu
23.45 Almaniya - İrlandiya
23.45 Polşa - Şotlandiya
23.45 Cəbəllütariq - Gürcüstan
E qrupu
23.45 San Marino - İsveçrə
F qrupu
23.45 Finlandiya - Rumıniya
23.45 Yunanıstan - Şimali İrlandiya
23.45 Farer adaları - Macarıstan
I qrupu
23.45 Danimarka - Portuqaliya
23.45 Serbiya - Albaniya